ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter səhifəsində yazıb.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olundu

SONRAKI XƏBƏR

Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir