Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib

Bakı. Trend:

İsrail ordusunun quru qüvvələri bu günə qədər Qəzza zolağına daxil olmayıb.

Trend-in məlumatına görə, bu barədə Sky News Arabia telekanalı bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti hava və quru bölmələrinin Qəzzaya hücum etdiyini deyib.

Daha sonra qoşunların sahil anklavına daxil olduğu iddia edilib. Fələstin xüsusi xidmət orqanlarındakı bmənbənin televiziya kanalına bildirib, bu məlumatlar həqiqətı əks etdirmir. Bunu Sky News Arabia kanalına İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Avihay Edri də təsdiqlədi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Google” İtaliyada 100 milyon avrodan artıq cərimə ödəməlidir

SONRAKI XƏBƏR

Hücuma məruz qalmış ABŞ şirkəti hakerlərə milyonlarla dollar ödədi