“Gələcəkdə ermənilər İsrailin gücündən bizə qarşı faydalanmaq istəyəcəklər”

“Şuşada keçirilən Xarıbülbül festivalını həzm edə bilməyən ermənilər bütün dünyanı ayağa qaldırıblar ki, Azərbaycan Ordusu Ermənistan ərazilərinə girib. Dünən Ermənistanın Baş naziri Paşinyan Təhlükəsizlik Şurasını çağırıb, Prezident Sarkisyan erməni xalqının təhlükəsizliyini qorumaqdan danışıb, Xarici İşlər naziri Ayvazyan KTMT-nı dövrəyə soxmaq üçün katibi Zasa müraciət edib, ATƏT-dəki səfirləri Papikyan Bakının regiona təhlükəsindən danışıb və s. Halbuki, sərhədçilərimiz illər boyu addım-addım zəbt edilmiş torpaqlarımızı geri qaytarıb sərhədlərini müəyyən edirlər. Bunlar o qədər həyasızdırlar ki, zəbt edilmiş torpaqların nə vaxtsa qayıdacağını heç ağıllarına belə gətirmirdilər. Şuşada Xarıbülbül festivalının keçirilməsi də bunalara od qoyub”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Çox maraqlıdır ki, gün ərzində Fələstin İsrail münaqişəsindən cəmi bir dəfə Sputnik Armeniyada oxudum. Orada da yazıblar ki, gün ərzində Həməs Qəzza sektorundan İsrailə 1600 raket buraxıb. İsrailin cavab verib vermədiyi barədə isə heç nə yazmayıblar. Halbuki, Vətən Müharibəsi dövrü və ondan dərhal sonra dövlət səviyyəsində İsraili az qala Azərbaycanın tərəfində Qarabağda müharibə aparmaqda günahladırırdılar. Bu isə ondan xəbər verir ki, gələcəkdə ermənilər İsrailin gücündən bizə qarşı faydalanmaq istəyəcəklər” – A.İsmayılov qeyd edib.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan M4 avtomatlarının istehsalına başlayır

SONRAKI XƏBƏR

Zərif: Səudiyyə ilə yaxınlaşmağa hazırıq