Psaki Putin və Bayden arasında mümkün görüş barədə əlavə məlumat verməkdən imtina edib

Psaki Putin və Bayden arasında mümkün görüş barədə əlavə məlumat verməkdən imtina edib

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün mövzusunun müzakirəsi davam edir, bu barədə hələ əlavə detallar yoxdur”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki müntəzəm keçirilən brifinqdə bildirilib.
Brifinq zamanı jurnalistlərdən biri sözügedən görüşün Baydenin Avropaya qarşıdakı səfəri çərçivəsində baş tutub-tutmayacağını soruşub.
Psaki öz növbəsində bunu təsdiq edə biləcəyi əlavə detallarım olmadığını dilə gətirib. Qısa olaraq bildirib ki, bununla bağlı müzakirələr davam edir.

Mənbə: teref.az