Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məıumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yığmamız Avropa çempionatına bu heyətlə yollanır

SONRAKI XƏBƏR

Ermənistanda hərbi hissədə kütləvi dava - Komandir əsgərləri döydü - VİDEO