Türkiyə iyunda məhdudiyyətləri aradan qaldıracaq

Türkiyə pandemiya ilə əlaqədar tətbiq edilmiş bir çox məhdudiyyətləri aradan qaldıracaq. Azvision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayında koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin əhəmiyyətli dərəcədə yumşaldılmasının planlaşdırıldığını bəyan edib.

Ərdoğan televiziyadan xalqa etdiyi müraciətində deyib:

"Bazar ertəsindən etibarən normal həyata qayıtmağa başlayacağıq. Nazirlər Kabinetinin iclasından sonra təfərrüatları açıqlayacağıq. İyun ayında məhdudlaşdırıcı tədbirləri əhəmiyyətli dərəcədə yumşaltmağı planlaşdırırıq".

Qeyd edək ki, Türkiyədə cümə axşamı gündəlik yoluxma 11 534 nəfər təşkil edib. Bu, aprel ayının ortalarında qeydə alınan maksimum nəticədən beş dəfədən çox aşağı göstərici sayılır. Xatırladaq ki, 29 aprel 19:00-dan etibarən 17 may 05:00-a qədər ölkədə ciddi məhdudiyyətlər, qapanma elan edilmişdi.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanlaşan Makron: Parisdə erməni sancılarının səbəbi nədir?

SONRAKI XƏBƏR

Ərdoğanla Baxçalının Şuşa səfəri böyük dövlətlərə mesajdır - Türkiyənin cavabı sərt olacaq