Makronu özünü ifşa edir ! - "Erməni lobbisi və diasporunun təsiri altındadır"

“Fransa prezidenti Emmanuel Makronun yenidən qərəzli, qeyri-obyektiv fikirlər ifadə etməsi, qatı ermənipərəst mövqe sərgiləməsi növbəti özünüifşadır ".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. O qeyd edib ki, bu zamana qədər, xüsusilə də münaqişə dövründə bu dövlətin ermənipərəst mövqeyinə şahidlik etmişik:


"Fransa ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, münaqişənin həlli məsələsi ilə əlaqədar qərəzli, birtərəfli yanaşma ortaya qoyub. Bəhs olunan dövlətin bu qəbuledilməz mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib. 44 günlük müharibə dövründə də E.Makronun açıqlamaları Fransa hakimiyyətinin beynəlxalq hüquq normalarına zidd və qərəzli mövqe sərgilədiyini təsdiqləyib".

Politoloqun sözlərinə görə, son faktlar onu göstərir ki, E. Makron erməni lobbisi və diasporunun təsiri altındadır:

“Azərbaycan öz milli güc resursları vasitəsilə münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Təcavüzkar Ermənistan məğlub ölkə kimi kapitulyasiya aktını imzalayıb. Fransa hakimiyyəti isə hələ də bu məğlubiyyətlə əlaqədar siyasi həzmsizlik sindromu yaşayır. Amma unutmamalıdırlar ki, Makronun mövqeyi Fransanın milli maraqlarına zərbədir. Yəni bu, tamamilə yanlış siyasət və qeyri-adekvat strateji yanaşmadır. Fransanın rasional dövlət ağlı varsa, reallığı qəbul və dərk etməlidir. Anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb. Ölkəmiz regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması istiqamətində mövcud geostrateji reallıqlara uyğun və gələcəyə hesablanmış konkret addımlar atır. Bölgədə yeni geostrateji situasiyanın yaranması Avrasiyada beynəlxalq dialoq, inteqrasiya və əməkdaşlıq zəminində bir çox xalqlar və dövlətlər üçün əhəmiyyətli siyasi-iqtisadi dividendlər vəd edir. Fransa bu reallığı nəzərə almaqla praqmatik davranış sərgiləməli, strateji səhvlərə yol verməməlidir. Əks halda, öz maraqlarını zərbə altına qoymuş olacaq".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

SOCAR-la UEFA-nın tərəfdaşlığı dayandırıldı

SONRAKI XƏBƏR

PSJ yeni formasını təqdim etdi