Rusiya səfiri Levon Ter-Petrosyanın evinə getdi

Rusiya səfiri Levon Ter-Petrosyanın evinə getdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Səfir eks-prezidentlə onun şəxsi evində görüşüb.

"Görüş zamanı tərəflər Ermənistandakı mövcud vəziyyət və hadisələrin mümkün inkişafı barədə fikir mübadiləsi apardılar", - deyə xəbərdə qeyd olunub.

Tural Tağıyev
 

Mənbə: azvision.az