BMT-dən Qəzza açıqlaması: 200-dən artıq ev dağıldı

BMT-dən Qəzza açıqlaması: 200-dən artıq ev dağıldı

Fələstin və İsraildə davam edən qarşıdurmadan narahatıq.

Axar.az xəbər verir ki, bunu BMT-nin Humanitar Yardım üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Laerke deyib.

“Hər iki tərəfdən də xəsarət alanların sayı durmadan artır. Bu qarşıdurmadan ən çox mülki əhali əziyyət çəkir. Təxminən 2 milyon mülki əhalinin yaşadığı Qəzza zolağına edilən hücumlar təmiz su ehtiyatına və COVİD-19-la mübarizə tədbirlərinə ağır zərbə vurur. Bundan başqa, Qəzzada 200-dən artıq ev dağılıb və ya ciddi ziyan görüb”, - BMT rəsmisi bildirib.

Mənbə: axar.az