İsrail hərbçiləri sərhədi pozan fələstinlilərə xəbərdarlıq atəşi açdı

İsrail hərbçiləri sərhədi pozan fələstinlilərə xəbərdarlıq atəşi açdı

İsrail ordusunun hərbçiləri Cənubi Livandan sərhədi pozaraq İsrail ərazisinə daxil olan fələstinlilərə bir neçə xəbərdarlıq atəşi açıb.

“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, fələstinlilər sərhədə Tir şəhəri yaxınlığındakı qaçqın düşərgəsindən üz tutublar.

Telekanalın məlumatına görə, sərhəd pozucuları Livan ərazisinə qayıdıb və sərhəddə sakitlik bərpa edilib.

Mənbə: qafqazinfo.az