Baş nazirdən qalmaqallı ADDIM – Nazirlik binasına İsrail bayrağı SANCILDI

Baş nazirdən qalmaqallı ADDIM – Nazirlik binasına İsrail bayrağı SANCILDI

Avstriyanın baş naziri Sebastian Kurz qalmaqallı addım atıb.

Bizim.Media xəbər verir ki, Kurz İsraili dəstəkləmək üçün baş nazirlik binasına İsrail bayrağı sancdırıb.

İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu Kurzun paylaşımını dəstəkləyib.

Türkiyә Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə sözügedən addıma sərt reaksiya verib:

“Ağılın, vicdanın və insanlığın susduğu nöqtə...Nə qədər belə davransanız, İsrail o qədər hücum edəcək”, deyə Kalın bidirib.

Bütün reaksiyalara baxmayaraq İsrail Qəzzaya hücumlarını davam etdirir. Bayram zamanı dayanmayan İsrail hücumlarında şəhid sayı 31-i uşaq, 19-u qadın olmaqla 119-a çatıb. Yaralananların sayı 830-dan çoxdur.


Mənbə: bizim.media