Xorvatiya "COVID-pasport"u sınaqdan keçirən ilk ölkə oldu

Xorvatiya "COVID-pasport"u sınaqdan keçirən ilk ölkə oldu

Xorvatiya Avropa İttifaqında ilk dəfə olaraq sağlamlıq sertifikatını uğurla sınaqdan keçirən ölkə olub. Azvision.az xəbər verir ki, "COVID-pasport" adlanan bu sağlamlıq sertifikatının müvəffəqiyyətlə tətbiq edilməsini ölkənin daxili işlər naziri və milli böhran qərargahının rəhbəri Davor Bojinoviç bəyan edib.

Xorvatiya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkəyə ümumilikdə müxtəlif Qərb dövlətlərinin istehsalı olan 1,5 milyon doza vaksin gətirilib. Xorvatiyanın dörd milyonluq əhalisinin 29% -i birinci doza vaksini vurdurub. Əhalinin 8% -i tam immunizasiya edilib.

Tural Tağıyev
 

Mənbə: azvision.az