Gürcüstanda cəmi 13 min 507 nəfər peyvəndin ikinci dozasını qəbul edib

Gürcüstanda əhalinin koronavirusa qarşı peyvəndlənməsi yetərincə getmir. Bu günədək cəmi 13 min 507 nəfər peyvəndin ikinci dozasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, insanların koronavirusa qarşı peyvənd olunması üçün xüsusi “booking.moh.gov.ge” portalı yaradılıb. Peyvənd olunmaq istəyənlər bu portladan qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Gürcüstanda peyvəndləmə martın 15-də başlayıb. Bu günədək 81 min 76 nəfər vaksin olunub. Onların da yalnız 13 min 507-si vaksinin ikinci dozasını qəbul edib.

Hökumət vaksinin hər iki dozasını qəbul edən insanlar üçün xüsusi güzəştlər hazırlayır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Psaki: İstər israilli, istərsə də fələstinli...

SONRAKI XƏBƏR

Aİ-nin Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı