“Əl-Qaidə” İsrailə qarşı əməliyyat keçirir?

“Əl-Qaidə” İsrailə qarşı əməliyyat keçirir?

Londonda nəşr olunan “EL Kuds El Arabi” qəzetinin baş redaktoru Abdulbari Atvanın Keçmiş lideri Üsamə bin Laden olan “Əl-Qaidə” terror təşkilatı haqqında məqaləsi dünyanın bir çox nüfuzlu nəşrlərində tərcümə olunub.
NOCOMMENT.az xəbər verir ki, “Əl-qaidə”-nin müsəlman şərqində nüfuzu barədə yazının geniş yer aldığı məqalədə A.Atvan vurğulayır ki, “Əl Qaidə” çox başı olan əjdahaya bənzəyir, birini əzdikcə digəri baş qaldırır. Terror təşkilatının Əfqanıstanda ABŞ-a qarşı mübarizədə, NATO əsgərlərini qətl etməsi və ABŞ-ın müsəlman şərqində nüfuzuna zərbə endirməsi yaxın şərqdə “Əl-Qaidə”-nin nüfuzunu daha da qaldırmışdı.
Baş redaktor bütün bunları ümumiləşdirərək vurğulayır ki, “Əl-Qaidə” hazırda passiv görünsə də, faktiki olaraq şərqdə yeni gücə çevrilib. Bu gün Fələstin probleminin həlli üçün ərəb dövlətləri ABŞ-ın dediyi ilə oturub-durur, sülh səyləri isə nəticə vermir. Əgər “Əl-Qaidə” İsrailə qarşı səs-küy doğuracaq bircə əməliyyat həyata keçirsə, müsəlman dünyasında “Əl-Qaidə”-nin nüfuzu ən yüksək zirvəyə qalxacaq. Bu gün faktiki olaraq “Əl-Qaidə” ideologiyaya çevrilir, qərb və islam dövlətləri itirir, “Əl-Qaidə” qazanır.

Mənbə: teref.az