Estoniya ordusu hərbi orkestri ləğv edir

Estoniya ordusu hərbi orkestri ləğv edir

Estoniya Müdafiə Qüvvələri dövlət məsrəflərinin ixtisarı proqramı çərçivəsində cari ilin sentyabr ayında hərbi orkestrini ləğv etmək qərarına gəlib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Qüvvələri komandanı Martin Herem bildirib. Belə ki, aprelin sonunda hökumət tərəfindən təsdiqlənmiş 2022-2025-ci illərin dövlət büdcə strategiyasına əsasən hər nazirlik məsrəflərinə azı 5 faiz qənaət etməlidir.

Həmçinin, 5 minədək hərbçinin qulluq etdiyi Müdafiə Qüvvələrində bu il 200 nəfərin ixtisarı nəzərdə tutulur.

Mənbə: report.az