Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı, xəsarət alanlar var

Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı, xəsarət alanlar var

Gəncə şəhərində təcili tibbi yardım maşınları qəzaya uğrayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 təcili tibbi yardım maşınının toqquşması nəticəsində 1-i həkim olmaqla, 2 nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Mənbə: report.az