Ter-Petrosyan Zəngəzur haqda: "Ermənilərin hələ dövləti yoxdur"

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayından sonra Zəngəzurdakı vəziyyətə toxunub. O bildirib ki, "Ermənistanın Qarabağda məğlubiyyəti son 23 illik hakimiyyətin apardığı avanturist və məsuliyyətsiz siyasətin nəticəsidir".

Day.Az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri o, Erməni Milli Konqresinin qurultayında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, məğlubiyyətin əsası 1998-ci ildə qoyulub: "Status-kvonun saxlanması barədə yalançı inam və "bir metr torpaq da güzəşt edilməyəcək" prinsipi...Paşinyanın təxribatçı "Qarabağ Ermənistandır və nöqtə!" bəyanatı bu məğlubiyyəti yekunlaşdırdı. Bu, Ermənistanın və Qarabağın sonu oldu".

Ter-Petrosyanın fikrincə, 23 il ərzində hakimiyyət real siyasətin 3 vacib faktorunu nəzərə almadı: Qüvvələr balansı, müttəfiqlərin olmaması və ən əsası zamanın geri dönməzliyi...Həqiqət ondadır ki, bu gün mümkün olan sabah mümkün olmaya bilər: "Bu, siyasətin əlifbasıdır. Hakimiyyətlərimiz bunu anlamadı. Bu 23 ildə iqtidar özünü oyun azarkeşi kimi apararaq daha çox qazanmağa cəhd etdi. Buna görə məğlub oldular".

Day.az

ƏVVƏLKİ XƏBƏR

Nazirlik Bəxtiyar Hacıyevin paylaşımına aydınlıq gətirdi - “Əsassızdır”

SONRAKI XƏBƏR

Danışıqların nəticəsi: Ordumuz Zəngəzurda 4 post qurur!