Danışıqların nəticəsi: Ordumuz Zəngəzurda 4 post qurur!

Məndə olan məlumata görə, Zəngəzurda hər biri 15 əsgər olmaqla dörd Azərbaycan mövqeyi yaradılacaq!

Axar.az xəbər verir ki, bu sözləri Zəngəzurun (Sünik) keçmiş başçısı, Dirçələn Ermənistan Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ter-Petrosyan Zəngəzur haqda: "Ermənilərin hələ dövləti yoxdur"

SONRAKI XƏBƏR

Türkiyədə vaksin olunanların sayı 25 milyonu ötdü