Seçkilər hələ başlamayıb, AP artıq müdaxilə edir - Slutski

Seçkilər hələ başlamayıb, AP artıq müdaxilə edir - Slutski

Avropa Parlamenti Beynəlxalq münasibətlər üzrə komitəsinin Dövlət Dumasına keçiriləcək seçkilərə faktiki olaraq müdaxilə barədə təklifləri hiddət doğurur, bu cür planlar iflasa məhkumdur.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Leonid Slutski deyib.

"Dövlət Dumasına seçkilər hələ başlamayıb, ancaq AP komitəsinin qarşıdan gələn seçkilərlə əlaqədar Rusiyaya münasibətdə 5 prinsipi qəbul etdiyi barədə xəbərləri oxudum. Seçki kampaniyası hələ başlamayıb, lakin nəticələri saxtalaşdırmaq üçün artıq səfərbərlik elan edilib.

Brüssel əslində Rusiya qanunverici orqanlarının formalaşmasına müdaxilə üçün Venesuela-Belarus ssenarisini təklif edir. Ancaq bundan heç nə çıxmayacaq, cənablar! Rusiya, şübhəsiz ki, seçkilərin demokratik standartlara uyğun, şəffaf və dürüst keçirilməsinə əmin olmaq üçün müstəqil beynəlxalq müşahidəçiləri dəvət edəcək", - Slutski bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin Beynəlxlaq münasibətlər üzrə Komitəsi Rusiya ilə münasibətlərin qurulması ilə əlaqədar 5 prinsipi açıqlayıb. Bunlara sanksiyaların tətbiq olunması və maliyyə nəzarəti, beynəlxalq təhqiqatların təşkil olunması, təhlükəsizliyə yönəlik təhdidlərin qarşısının alınması, Avropa Birliyinə “rus müdaxiləsi” ilə mücadilə, habelə Rusiyanın qara piarına müqavimətin gücləndirilməsi daxildir.

Mənbə: axar.az