Rusiya XİN minalanmış ərazilərlə bağlı ÇAĞIRIŞ etdi

“Rusiya baş vermiş faciəyə ilk reaksiya verən ölkələrdəndir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində Kəlbəcərdə Azərbaycanın media mənsublarının minaya düşərək həlak olmasına münasibət bildirərkən deyib.

M. Zaxarova Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ərazilərin minalardan təmizlənməsi ilə bağlı gördüyü işlərdən danışıb.

"Rusiya Dağlıq Qarabağ və ona bitişik ərazilərin minalardan təmizlənməsinə böyük səylər göstərir. Minalanmış ərazilər haqda məlumatların mübadiləsinə çağırırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Tibb bacısı vəfat edən xəstənin kredit kartını oğurlayıb alış-veriş etdi

SONRAKI XƏBƏR

Quba rayonunun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib