Məğlub ölkə xilaskar axtarışında - VİDEO

Ermənistanda seçkilərə sayılı günlər qalmış keçmiş və indiki hakimiyyət təmsilçiləri bütün resurslardan istifadə edərək rəqiblərini geridə qoymağa çalışırlar. Hakim partiya və əsas müxalifət qüvvələri regionlarda təbliğat-təşviqat kampaniyalarına başlasalar da siyasi qarşıdurmalarla yadda qalan kütləvi aksiyalar da az deyil.

Xüsusən, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryanın tərəfdarları arasında Gümrüdə baş verən toqquşma bu qəbildəndir.

Sözügedən toqquşma artıq Ermənistandakı vətəndaş qarşıdurmasının ilkin təzahürüdür desək, daha doğru olar. Ona görə ki, siyasi rəqiblər arasında qalmaqallar sözün əsl mənasında müharibə səviyyəsinə çatıb. Bu isə, onu deməyə əsas verir ki, hakimiyyət uğrunda savaşan həmin şəxslər seçkini sadəcə vasitə olaraq görürlər.

Digər tərəfdən, başlanan təşviqat kampaniyası getdikcə daha maraqlı xarakter alır. Əsas gərginlik məhz “Qarabağ klanı” və Nikol Paşinyan komandası arasında gedir ki, kəskinləşən ittihamlar da bunu sübuta yetirir.

Mahiyyət etibarilə, təşviqat kampaniyasının əleyhdarlarını cəzalandırmaqla başlayan Paşinyanın seçkidən sonra repressiyalara rəvac verəcəyi gözlənilir. Bu mənada, ölkənin yeni siyasi xaosa sürüklənməsi də qaçılmazdır.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Sürücülük vəsiqələrini “ASAN”a verməyi tələb edən deputatın məqsədi nədir?

SONRAKI XƏBƏR

“Türkiyənin qarşısını kimsə ala bilməyəcək, Ərdoğan Baydenlə...” - Cümşüd Nuriyev