Erməni politoloq:“Qafqazda söz sahibi Türkiyədir”

Erməni politoloq:“Qafqazda söz sahibi Türkiyədir”

Erməni politoloq Aleksandr İskəndəryan ABŞ və Rusiya prezidentlərinin iyunun 16-da keçiriləcək görüşünün gözlənilən nəticələri və onun Cənubi Qafqazdakı proseslərə təsiri ilə bağlı proqnozlar verib.

Qafqaz İnstitutunun direktoru İskəndəryan bölgədə balansın Türkiyənin xeyrinə dəyişdiyini və bunun qlobal proseslərdən qaynaqlandığını bildirib:

"Rusiya ilə Türkiyə, ABŞ ilə İran arasında münasibətlərdə müəyyən bir dinamikliyin mövcud olduğunu nəzərə almaq lazımdır. Ona görə də bu görüşdə ABŞ və Rusiyanın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərin olacağını düşünmürəm. Üstəlik, onlar bölgəmizdə birgə fəaliyyətdədir. Bayden-Putin görüşü bu dinamikalar nəzərə alınmaqla Cənubi Qafqazda yalnız bəzi kiçik dəyişikliklərə səbəb ola bilər”.

Politoloqun fikrincə, dünən olduğu kimi bu gün də ABŞ üçün əsas problem Rusiya deyil, Çindir. Lakin bu, Cənubi Qafqazda deyil, qlobal miqyasdadır. İlk növbədə, Cənubi Qafqaz, məsələn, Çindən asılılığın sürətlə artdığı Mərkəzi Asiyadan əhəmiyyətli dərcədə fərqlənir.

İskəndəryanın fikrincə, Çinin iqtisadi təsirinin artması Cənubi Qafqazda da müşahidə olunur. Lakin bu, dünyanın demək olar ki, bütün bölgələrində Çinin iştirakının artmasından çox fərqlənmir. Bu baxımdan, politoloq hazırkı məqamda Pekinin Cənubi Qafqaza xüsusi diqqət yetirdiyini görmür. Onun fikrincə, Çinin təsirinin və mövcudluğunun mövcud artması ÇXR-in regional gücdən qlobal gücə çevrilməsinin ümumi meylinin törəməsidir:

“Konkret olaraq Cənubi Qafqaz məsələsində ümumi vəziyyət, ümumi mənzərə, ümumi tendensiyalar ilk növbədə ABŞ və ya Çin tərəfindən müəyyən edilmir. Yaxşı və ya pis, ancaq bunların hamısı Türkiyənin artan təsiri ilə müəyyən edilir. Bu artım baş verir, biz hamımız bunu görürük. Sonuncu, monopolyar sistemin qlobal yox olması fonunda bipolyar dünya idarəçiliyi sisteminin törəməsi prosesindən irəli gəlir. Bütün bunlar orta səviyyəli dövlətlərin əhəmiyyətinin təbii şəkildə artmasına səbəb olur.

Cənubi Qafqaz məsələsində şərti olaraq bu bölgədəki geopolitikanın nə ABŞ və nə Çin tərəfindən müəyyən olunduğunu deyə bilərik. İstənilən halda onu Türkiyə müəyyən edir”.
Müşfiq Abdulla

Cebhe.info

 

Mənbə: cebhe.info