Stoltenberq Zelenski ilə Rusiyanı müzakirə etdi

Stoltenberq Zelenski ilə Rusiyanı müzakirə etdi

NATO rəhbəri Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında sammit öncəsi telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Stoltenberq Tvitter səhifəsində yazıb.

O bildirib ki, Zelenski ilə qarşıdakı NATO sammitini, regionda təhlükəsizlik, Rusiyanın aqressiv addımlarını müzakirə edib.

NATO rəhbəri Ukraynaya ardıcıl siyasi və praktik dəstəyini ifadə edib və bu ölkədə siyasi islahatları dəstəklədiyini bildirib.

Mənbə: axar.az