“Köçəryan on dəfə Yeltsinlə Qarabağ haqda danışdı, amma...” - Petrosyan

“Köçəryan on dəfə Yeltsinlə Qarabağ haqda danışdı, amma...” -  Petrosyan

 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan keçmiş dövlət başçısı Robert Köçəryanın Qarabağdakı separatçı rejimin münaqişənin həllinə dair danışıqlar prosesindən kənarlaşdırılması ilə bağlı ittihamlarını “manipulyasiya” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Ter-Petrosyan Köçəryan dövründə aparılan danışıqlarda separatçı rejim iştirak etməyib.
“Məsələn, Rusiya, Fransa və ABŞ-ın o vaxtkı prezidentləri ilə görüşlərdə də bu belə olub”, - sabiq prezident bildirib.
Petrosyan özünün də dəfələrlə Qarabağla bağlı danışıqlar apardığını, lakin separatçıların orada iştirak etmədiyini diqqətə çatdırıb:

“Qarabağsız milyon dəfə danışıqlar apardım. İndi Robert Köçəryan nə qədər qəribə bir “tapmaca” tapıb! Özü on dəfə Jak Şirak və Yeltsinlə görüşə gedib. Həmişə də Qarabağın nümayəndəsi olmadan. Manipulyasiya edir”.

Qeyd edək ki, Köçəryan Petrosyanı separatçıları ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan kənarda saxlamaqda ittiham edib.

Mənbə: teleqraf.com