Bayden Britaniyada görüşlər keçirir

ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi ilk xarici səfəri olan İngiltərədə bir sıra görüşlər keçirir. İngiltərə Baş naziri Boris Conson G7 zirvəsi öncəsi kurort şəhəri Karbis-Beydə ABŞ Prezidenti ilə görüşüb.

"Bura o qədər gözəldir ki, evə getmək istəmirəm" - deyə Bayden birinci xanım Cill, Conson və onun həyat yoldaşı kerri ilə dəniz sahilində gəzərkən bildirib.

Baydenin rəsmi proqramında qeyd edildiyi kimi o, ABŞ və İngiltərə arasındakı münasibətlərin xüsusi mahiyyətini bir daha təsdiqləmək niyyətindədir. Liderlər ikitərəfli danışıqlar aparıb. Prezident Baydenin dediyinə görə, səfərin ilk günü yaxşı keçib.

Boris Conson danışıqları "təmiz hava nəfəsi" adlandırıb.

Bayden-Conson igörüşünün gündəliyində Avropa və ABŞ-da demokratiya və kollektiv təhlükəsizliyin təşviqinə dair yeni Atlantik Xartiyasının təsdiqlənməsi yer alır.

ABŞın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın dediyi kimi, nizamnamə ABŞ Prezidenti Franklin Ruzvelt və İngiltərənin Baş naziri Uinston Çörçill tərəfindən 1941-ci ildə qəbul edilmiş tarixi bəyannamə əsasında hazırlanıb.

Bundan əlavə, prezident koronavirus peyvənd proqramı və dünyada pandemiya ilə mübarizə səyləri barədə də danışacaq.

 

 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

“BƏƏ-yə “F-35” satdıq, əvəzində isə…” – Pompeodan etiraf

SONRAKI XƏBƏR

Xərçəngin qənimi olan immunoterapiya nədir?