“Navalnı qəhrəman deyil, çünki o...” – Prezidentdən şok iddia

“Navalnı qəhrəman deyil, çünki o...” – Prezidentdən şok iddia

Çexiya Prezidenti Miloş Zeman rusiyalı müxalifətçi Aleksey Navalnını qəhrəmanlaşdırmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Navalnının rus millətçilərini və Krımın Rusiyaya birləşdirilməsini dəstəklədiyini xatırladıb.

“Cənab Navalnı haqda yaradılmış mifdən qurtulmaq üçün bu faktlar bilinməli və xatırlanmalıdır”, - Çexiya prezidenti bildirib.
Aleksey Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Şeremetyevo hava limanında həbs olunub. O, 3.5 il həbs cəzasına məhkum edilib.

Avropa İttifaqı və ABŞ bu həbsə görə, Rusiya hakimiyyətinə sanksiya tətbiq edib.

Mənbə: teleqraf.com