Zaxarova Qarabağdan danışdı: Yaxın zamanda…

Zaxarova Qarabağdan danışdı: Yaxın zamanda…

Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupunun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir.

Turkustan.info-nun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası prioritet və ən vacib vəzifədir, regionun bütün ölkələri onun reallaşdırılmasında maraqlıdır. Bu istiqamətdə işlər üçtərəfli işçi qrupu çərçivəsində üç dövlətin baş nazir müavinlərinə həvalə edilib. Mütəxəssislər kommunikasiyanı bərpa etmək üçün lazımi tədbirlərin təhlilini aparıblar ki, bu da yaxın gələcəkdə ortaq infrastruktur layihələrinin mərhələli həyata keçirilməsinə imkan verəcək”, – Rusiya XİN rəsmisi deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki müəyyən ərazilərdəki binsidentlər münasibətlərin ümumi fonunun normallaşmasına kömək etmir:

“Tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa və təzadları sülh, danışıqlar yolu ilə həll etməyə çağırırıq”. /Axar.az/

 

Mənbə: turkustan.info