Erməni politoloq: “Rus sülhməramlıların Qarabağda uzunmüddətli olduqlarını birmənalı şəkildə iddia etmək yanlışdır”

Erməni politoloq: “Rus sülhməramlıların Qarabağda uzunmüddətli olduqlarını birmənalı şəkildə iddia etmək yanlışdır”

“Rus sülhməramlıların Qarabağda uzunmüddətli olduqlarını birmənalı şəkildə iddia etmək yanlışdır, çünki Azərbaycan və Ermənistan arasındakı münasibətləri təkcə Rusiya müəyyənləşdirmir”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andreas Qukasyan deyib.

“Bu gün Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransanın da fikri var, bu, Rusiyanın fikrindən fərqlənir. ABŞ vurğulayır ki, Qarabağda sülhməramlılar olaraq rus varlığı bu vəziyyətdə müvəqqətidir”, - deyə Qukasyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasəti Lavrov planına xidmət edib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az