ABŞ-da yaşayan iranlıların Prezident seçkilərində iştirakı təmin ediləcək

ABŞ-da yaşayan iranlıların Prezident seçkilərində iştirakı təmin ediləcək

Tehran, 13 iyun, AZƏRTAC

ABŞ-da yaşayan iranlıların 18 iyunda İranda keçiriləcək Prezident seçkilərində iştirakı təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın BMT yanındakı daimi nümayəndəliyin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ABŞ-da yaşayan iranlıların səsverməsi üçün 18 şəhərdə səsvermə məntəqəsi yaradılacaq.

Bəzi mənbələrin məlumatına görə hazırda ABŞ-da 6 milyona yaxın iranlı yaşayır. Onların bir çoxunun ikili vətəndaşlığı var.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az