Putinlə görüşdən əvvəl yaşda hamıdan böyük olan Baydenə son məsləhətlər : “Onunla sərt danış”

Putinlə görüşdən əvvəl yaşda hamıdan böyük olan Baydenə son məsləhətlər : “Onunla sərt danış”

Bu gün Böyük Britaniyada G7 sammitinin son günüdür. Sammitin son günündə Rusiya-Çin əlaqələri müzakirə edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Bayden Böyük Britaniyanın Baş naziri Boris Conconun çıxışını dinləyib və onun sözlərinə düzəliş etməyə çalışıb.

Həmçinin bildirilir ki, sammitdə G7 ölkələri liderləri yaşda hamıdan böyük olan ABŞ Prezidentinə bu günlərdə Cenevrədə baş tutacaq Rusiya Prezidenti Putinlə görüş üçün məsləhətlər verməyə də çalışıblar. "Biz bu gün Co Baydenlə Vladimir Putinin gələcək görüşü barədə danışdıq. Eyni zamanda NATO-nun sammiti və Əfqanıstan məsələsini müzakirə etdik",-deyə Almaniya kansleri Merkel bildirib.

Məlumata görə, Merkellə Baydenin ikitərəfli qeyri-rəsmi görüşü də olub və onlar ikilikdə "Şimal axını-2" layihəsini müzakirə ediblər. Qeyd edək ki, bu sammitdə Rusiya ABŞ Prezidenti Baydenlə Fransa Prezidenti Makron arasında əsas müzakirə mövzusu olub. Amma nədənsə, Avropa jurnalistlərini bu görüşün nəticələrindən çox, Baydenin öz mövqeyini təsdiq edib-etmədiyi maraqlandırıb.

"The New York Times" nəşri isə Bayden administrasiyasına istinadən yazıb ki, iyunun 16-da Cenevrədə baş tutacaq Bayden-Putin görüşündə birgə mətbuat konfransı keçirilməyəcək. Qeyd edək ki, sammitdə Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Baydenə Putinlə danışıqlar zamanı sərt olmağı məsləhət görüb.
Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info