Səhiyyə naziri virusin azalmamasından narahatdır: Və günahı vətəndaşlarda görür

Rusiya Səhiyyə naziri Mixail Muraşko pandemiya əleyhinə aparılan bütün mübarizələrə baxmayaraq, koronavirusun yayılmasının qarşısının niyə alınmadığı barədə danışıb.

Cebhe.info xəbər verir ki, o, bu barədə "Rossiya 1" telekanalına müsahibə verib. Muraşko insanları məsuliyyətsizlikdə günahlandırıb. "Koronavirusun yayılmasının qarşısı ona görə alınmır ki, insanlar virus əleyhinə məhdudiyyətlərə ciddi əməl etmirlər. Həmçinin vətəndaşlarımız onlara hansı peyvəndin uyğun olub-olmadığını bilməlidirlər. Məzuniyyət öncəsi kurortlara getmədən mütləq vaksin olunmaq gərəkdir. Bunlar vacib məsələlərdir",-deyə vurğulayıb.

Daha sonra Səhiyyə naziri koronavirusla mübarizənin kollektiv və ümumi iş olduğunu bildirib, hər kəsi bu mübarizədə fəal olmağa çağırıb. Muraşko həmçinin ölkədə kifayət qədər vaksin olduğunu qeyd edərək hamını vaksinasiya olunmağa çağırıb və bildirib ki, Belqorod vilayətində və Çeçenistanda vaksinasiya nümunəvi şəkildə keçirilib.

"Belə ki, bu bölgələrdə koronavirusla bağlı vəziyyət stabilləşib",-deyə o əlavə edib.

Sevinc Tapdıqqızı

Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Xeyli çəki alan Aysundan mini ətəkdə YENI GÖRÜNTÜLƏR - VİDEO

SONRAKI XƏBƏR

Gizli kasetin güdazına getdi, danışsın deyə dırnaqlarını çıxardılar, ölüm anında nalə çəkdi - Rəşid Behbudovdan 10 tükürpədən fakt