Putin ABŞ prezidenti ilə görüşünün maraqlı keçəcəyini bildirib

Putin ABŞ prezidenti ilə görüşünün maraqlı keçəcəyini bildirib

Rusiya prezidenti Valdimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, onlardan şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik”.

Sonuncu problemi RF lideri ən vacib adlandırıb, çünki "bütöv sistemlərin sıradan çıarılması aöır nəticələrə səbəb olur".

Dövlət başçısı vurğulayıb ki, yüksək səviyyədə görüşlərdən əvvəl iştirakçılar iş üçün xoş şərait yaratmaq üçün neqativ ritorikanı azaltmağa çalışırlar.

"Burada əlahiddə heç nə yoxdur, bunu şişirtməzdim. Bu peşəkar yanaşmadır", - o əlavə edib.

Mənbə: sherg.az