Yeni spikerin adı açıqlandı 67 PARLAMENTARİ LEHİNƏ SƏS VERİB

Yeni spikerin adı açıqlandı 67 PARLAMENTARİ LEHİNƏ SƏS VERİB

İsrailin "Eş Atid" partiyasının üzvü Miki Levi, Knessetin yeni spikeri seçilib. SİA xəbər verir ki, Knessetin rəsmi telekanalı tərəfindən yayımlanan görüntülər bunu təsdiq edir, eləcə də telekanal bu barədə məlumat verib.

Məlumatda qeyd olunur ki, 67 parlamentari onun leyinə səs verib.

Qeyd olunur ki, baş nazir Binyamin Netanyahunun müxalifləri tərəfindən yaradılan İsrail koalisiya hökumətinin and içəcəyi Knessetin xüsusi iclası saat 16: 00-da başlayıb.

Xatırladaq ki, aprel ayının əvvəlində prezident, hazırkı baş nazir Netanyahuya seçkilərin nəticələrinə əsasən yeni bir hökumət qurmağı tapşırmışdı. Qanunla koalisiya danışıqları üçün 28 gün vaxt ayrılmışdı. Netanyahunun isə mandatı 5 mayda bitib və o hökumət qura bilməyib.

Diqqətə çatdıraq ki, 24-cü Knessetə seçkilər 23 martda keçirilib və bu, əvvəlki parlamentin özünü ləğv etməsinə səs verdikdən iki il sonra ardıcıl dördüncü erkən seçki olub.

Mənbə: sia.az