Prezident peyvənd olundu KORONAVİRUSA QARŞI

Prezident peyvənd olundu KORONAVİRUSA QARŞI

Kolumbiya prezidenti İvan Duke koronavirusa qarşı ilk Pfizer peyvəndini vurdurub. SİA xəbər verir ki, bunu Boqotadakı Mərkəzi Hərbi Xəstəxanadan birbaşa yayım təsdiq edir.

Bildirilir ki, Dukenin növbəti peyvəndini iyul ayının əvvəlində alacağı gözlənilir. Prezident, davam edən peyvənd kampaniyasına baxmayaraq, vətəndaşları maska taxmaq və sosial məsafəni qorumaq kimi zəruri təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Xatırladaq ki, bu ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, pandemiya başlayandan bəri ölkədə 3.7 milyondan çox infeksiyaya yoluxma qeydə alınıb, 95 192 nəfər bu xəstəlik səbəbindən ölüb.

 

Mənbə: sia.az