"Yaxın zamanlarda bütün xəritələr..." - Deputatdan AÇIQLAMA

"Yaxın zamanlarda bütün xəritələr..." - Deputatdan AÇIQLAMA

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici səfirləri qəbul edərkən artıq bəyan etdi ki, minalanan ərazilərin xəritələri qaytarılcaq. Amma əvvəlcədən bunun detallarını açıqlamadı. Bundan sonra Ermənistanın Azərbaycana qarşı mina müharibəsi aparması və bunun nəticəsində mülki şəxslərimizin, iki jurnalistimizin həyatını itirməsi beynəlxalq arenaya çatdırıldı. Daha sonra jurnalistlərimizin şəhid olması ilə bağlı Ermənistana təzyiqlər oldu".

Bu sözləri Sonxeber.az-a açıqlama verən deputat Elman Nəsirov deyib. O bildirib ki, biz bu məsələlərdə diplomatik uğurların başlanğıcındayıq və yaxın zamanlarda bütün xəritələr veriləcək:
"Məlumdur ki, 97 min mina xəritəsinin qaytarılması qarşılığında 15 erməni Ermənistana verildi. Prosesin bu cür irəliləməsi Paşinyana gələcək parlament seçkiləri üçün əlavə səs, əlavə dəstək deməkdir. Bunun üçün də Paşinyan mina xəritələrinin qaytarılmasında maraqlıdır. Paşinyan qeyd etdi ki, mina xəritələrinin çox az hissəsi qaytarılıb. Bu isə o deməkdir ki, bütün minalanan ərazilərin xəritələri onlardadır. Biz isə yaxın zamanlarda bütün ərazilərin xəritəsini alacayıq. Bu sadəcə zaman məsələsidir".

Qeyd edək ki, 12 iyun tarixində Ağdamın 97 min mina xəritəsi geri qaytarılıb. Bunun qarşılığnda isə 15 erməni Ermənistana təhvil verilib.

Aytəkin Cəlali

 

 

 

 

 

Mənbə: sonxeber.az