Drakon: “Dolu”nun son səhnəsi gerçək oldu – Video

“Dolu” filminin son səhnəsində döyüşçülər, şəhidlər Ağdam şəhərinə silahsız dönür. Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticəsində düşmən Ağdamı döyüşsüz boşaltdı və biz ora döyüşsüz girdik. Bu, yaradıcı heyətin xəyal gücünün nəticəsini göstərdi.

Bunları Axar.az-a müsahibəsində əksəriyyətin filmdə oynadığı obrazın adı ilə “Drakon” kimi tanıyıb-sevdiyi Rza Rzayev deyir.

Yaradıcı insanların “öngörüləri” daha hansı məqamlarda özünü göstərib?

Drakon “Geyinilməmiş ayaqqabılar”dan danışır. Orda da Qarabağ azad edilib, amma Xankəndi hələ bizdə deyil.

“Hazırda da elədir – hələ Xankəndiyə daxil ola bilməmişik”, - Drakon filmlərdə əks olunanların reallıqda gerçəkləşməsindən danışarkən deyir.

Kinodan, film sənayesinə ayrılan vəsaitdən, hazırda nə etməli olduğumuz haqda düşüncələrindən danışır.

Beləliklə, rejissor, ssenarist, aktyor Rza Rzayevlə söhbətin birinci hissəsini təqdim edirik:

 

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Everton” Fatih Terimlə danışıqlar aparır

SONRAKI XƏBƏR

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 47 ev alıb