Azərbaycanın və Özbəkistanın elmi müəssisələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu-Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Özbəkistan Respublikasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib. Memorandumun şərtlərinə görə, tərəflər təmsil etdiyi dövlətlərin qanunvericiliyinə uyğun olaraq birgə elmi layihələrin reallaşdırılması, milli dəyərlərin öyrənilməsi, əlyazmaların surətlərinin qarşılıqlı mübadiləsi, eyni zamanda, alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, birgə elmi nəşrlərin hazırlanması və müştərək elmi konfransların təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi iki elmi müəssisə arasında bu istiqamətdə koordinator rolunu oynayacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qəhrəman şəhidimiz Təbriz Talıbov - VİDEO

SONRAKI XƏBƏR

Litva Prezidenti: "NATO-nun növbəti sammiti gələn il İspaniyada keçiriləcək"