Yasamal rayon İcra Hakimiyyətində konfrans - Foto

Yasamal rayon İcra Hakimiyyətində konfrans  - Foto

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “15 iyun –xalqın və dövlətin qurtuluş günü” mövzusunda videokonfrans keçirilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tədbirdə çıxış edib: "1993-cü ildə Azərbaycan çox ağır bir durumla üzləşmişdi: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən isə daxili düşmənlər və iqtisadi böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyəti ölkəni iflas həddinə çatdırmışdı.Belə şəraitdə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan xalqı taleyini Heydər Əliyevə etibar etdi.Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt bu müstəqilliyi qoruyub saxlamagdır. Bunu Ümummilli Lider öz iradəsi sayəsində reallığa çevirdi. Düşmən qüvvələrin maneələrinə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu".

Videokonfransda çıxış edən millət vəkili Elnur Allahverdiyev,Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev,Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Xalq Rəssamı Arif Əziz, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Olimpiya çempionu Zemfira Meftahətdinova Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan dövlətinə verdiyi töhfələrdən söz açıblar.




Mənbə: qafqazinfo.az