ABŞ səfiri: “Azərbaycanın humanitar addımı bölgədə tərəqqiyə xidmət edir”

ABŞ səfiri: “Azərbaycanın humanitar addımı bölgədə tərəqqiyə xidmət edir”

“ABŞ münaqişə zamanı Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın prosesdəki rolunu yüksək qiymətləndirib: “Bu addımlar regionda sabitliyin təminatına və tərəqqiyə xidmət edir. Bu həm də bölgənin üç ölkəsinin birgə çalışmaqla nə əldə edə biləcəyinin göstəricisidir. ABŞ belə uğurlu nəticədən qürur duyur”.

Mənbə: report.az