Bu ölkədə Azərbaycan səfirliyi təsis edilir

Bu ölkədə Azərbaycan səfirliyi təsis edilir

Azərbaycan Respublikasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfirliyi təsis ediləcək. Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Dövlətimizin başçısının iyunun 14-də imzaladığı Sərəncamla isə Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

 

Mənbə: azvision.az