Xarici diplomatların Ağdam səfəri - VİDEO

Xarici diplomatik korpus nümayəndələri Ağdamda oldular. Səfərdə Bakı və Ankarada akreditə olunan diplomatik nümayəndələr iştirak etdilər.

Səfər çərçivəsində Dünya şöhrətli fotoqraf Reza Deqati diplomatlara erməni vandalizmi haqqında məlumat verdi, faktlar göstərdi.

Diplomatlar ermənilərin dağıtdığı tarixi abidələrimizlə tanış oldu, erməni vəhşiliyini öz gözləri ilə gördülər.

Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılan məqbərəsi ilə tanış etdi.

Ağdam rayonunun işğaldan azad edilən hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksində ermənilərin törətdiyi dağıntılardan danışdı.

Daha sonra diplomatlar Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış oldular.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verildi.

Ağdam Dövlət Dram Teatrını ziyarət etdikdən sonra, diplomatlar Şahbulaq qalasında oldular. Onara bu tarixi məkan barədə məlumatlar verildi.

Sonda Qonaqlar şəhərin gələcək inkişaf planı ilə tanış oldular. Diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verildi.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırıldı.

Səfərin sonunda birgə xatirə şəkli çəkdirdilər.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Metroda problem yarandı

SONRAKI XƏBƏR

Beynəlxalq Basketbol Federasiyasının prezidenti istefa verdi