Baş katib: “Gürcüstan NATO-nun üzvü olacaq”

“Gürcüstan NATO-nun üzvü olacaq, lakin dəqiq tarix müəyyən edilməyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

O, NATO-nun əsas diqqətinin Gürcüstanda islahatlara, ölkənin müdafiə və təhlükəsizlik institutlarının möhkəmləndirilməsinə yönəldildiyini bildirib.

Y.Stoltenberq qeyd edib ki, Gürcüstan və Ukrayna Qara dəniz regionunda Alyans üçün çox mühüm tərəfdaşdır.

Baş katib yaxın gələcəkdə Gürcüstan üçün yol xəritəsinin hazırlanıb-hazırlanmayacağı barədə suala cavab olaraq bildirib ki, NATO-nun qapıları açıqdır, lakin konkret müddətlərin açıqlanması planlaşdırılmır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda mənşəyi məlum olmayan 260 kq heyvan cəmdəyi aşkarlanıb

SONRAKI XƏBƏR

Türkmənistan Çinə borcunu tam bağladı