Macarıstanın 24.hu nəşri Türkiyə Prezidentinin Şuşaya səfərini işıqlandırıb

Bu gün Macarıstanın 24.hu xəbərlər nəşrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfəri və tarixi Şuşa Bəyannaməsinin imzalanması mövzusunda material dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Ərdoğan Azərbaycan ilə ittifaqı təsdiqləyir və Ermənistan ilə münasibətləri nizamlamaq niyyətində olduğunu bildirir” sərlövhəli məqalədə Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən bəhs edilir. Vurğulanır ki, bu Bəyannamə ikitərəfli münasibətləri ən yüksək səviyyəyə çatdırır. Bəyannamədə Azərbaycan və Türkiyənin birgə müdafiəsi və qarşılıqlı hərbi yardımı məsələləri öz əksini tapıb.

Pərvanə Qarayeva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Kommersant”: Türkiyə və Azərbaycan Cənubi Qafqazda yeni alyans yaratdı

SONRAKI XƏBƏR

ABŞ ordusu Afrikadakı təlimlərdə S-400 sistemlərini hədəf alıb