Əgər bu razılaşmanı bütün türk ölkələri imzalayarsa...

Əgər bu razılaşmanı bütün türk ölkələri imzalayarsa...

Türk ölkələri Azərbaycan-Türkiyə örnəyindən faydalanmalı, yaxın illərdə bir-biri ilə Şuşa Bəyannaməsi kimi müqavilələr imzalamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Şuşa Bəyannaməsi kimi tarixi bir razılaşmanın imzalanmasına gətirib çıxartdı:

“Şübhəsiz ki, bu gün dünya siyasi arenasında təkbaşına güclü olmaq mümkün deyil. Xüsusilə də çoxqütblü dünyadan danışırıqsa, birləşmək, “Güc birlikdədir” devizi ilə bir araya gəlmək zəruridir”.

Politoloqun sözlərinə görə, bu gün Mərkəzi Asiyadakı türk dövlətləri təəssüf ki, hər cür siyasi oyunlar üçün açıq hədəfdir:

“Şuşa Bəyannaməsinin bütün bəndlərinə baxdıqda görünür ki, belə bir razılaşma bu gün bütün türk ölkələri arasında qarşılıqlı şəkildə imzalansa, dünya yeni bir super-gücün meydana gəlməsinə şahid olar”.

Mənbə: axar.az