Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib

Çərşənbə günü, iyunun 16-da Cenevrədə, “La Qranj” iqamətgahında Rusiya və ABŞ liderləri görüş keçiriblər. Görüş 3,5 saat davam edib.

BAKI, 16 iyun - Sputnik. Baydenlə görüş yaxşı keçdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə Cenevrədə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Düşmənçilik yox idi, ancaq görüş prinsipial məcrada keçdi. Bir çox məqamlarda bizim rəyimiz fərqlənir, ancaq mənim fikrimcə, hər iki tərəf bir-birini anlamaq və mövqelərin yaxınlaşdırılması istəyi nümayiş etdirdi. Danışıqlar konstruktiv oldu", - Putin bildirib.

Rusiya lideri qeyd edib ki, hər iki ölkənin səfirləri işlərinin başına dönəcəklər.

Danışıqlarda Ukrayna məsələsinə də toxunulub. V.Putin qeyd edib ki, Ukraynada vəziyyətin stabilləşdirilməsində əsas kimi Minsk razılaşmaları götürülməlidir və Bayden bununla razıdır.

"Strateji sabitlik üzrə idarələrarası səviyyədə müzakirələrin başlanması barədə Baydenlə razılığa gəldik", - Rusiya Prezidenti deyib.

Kiberhücumlara gəldikdə isə Putin qeyd edib ki, ABŞ Rusiyanın sorğularına etinasız yanaşır: Rusiya ABŞ-ın kiberhücumlar barədə sorğuları üzrə bütün məlumatı təqdim edir, ancaq özümüz heç bir cavab almırıq".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

“Vətən əbabilləri” - SƏNƏDLİ FİLM (VİDEO)

SONRAKI XƏBƏR

Bakıda futbol coşqusu - FOTO