""Şuşa Bəyannaməsi" Azərbaycanı NATO-nun müttəfiqinə çevirir" - Politoloqdan maraqlı şərh

""Şuşa Bəyannaməsi" Azərbaycanı NATO-nun müttəfiqinə çevirir" - Politoloqdan maraqlı şərh

"Türkiyə Prezidentinin Azərbaycana tarixi səfəri, iki qardaş ölkənin prezidentlərinin İkinci Qarabağ müharibəsi zamanı 30 ilə yaxın erməni işğalından azad edilmiş Şuşaya getməsi və" Şuşa Bəyannaməsi "-ni imzalanması, yaxın gələcəkdə Türkiyənin bu mədəniyyət paytaxtında konsulluq açması bütün dünyaya, ilk növbədə Rusiya, İran və Ermənistana açıq bir mesajdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyini yalnız Azərbaycan Ordusu ilə deyil, həm də NATO-nun ikinci ən güclü ordusu olan Türk Silahlı Qüvvələri qoruyacaq".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Amerikada yaşayan, azərbaycanlı politoloq Ramis Yunus "Şuşa Bəyannaməsini şərh edərkən bildirib.

Ekspert Türkiyə Prezidentinin ABŞ Prezidenti Co Baydenlə görüşdən və NATO zirvəsində iştirak etdikdən dərhal sonra Brüsseldən Azərbaycana uçması diqqət çəkir.;"NATO-nun bu iki lider ölkəsi uzunmüddətli strateji tərəfdaş olmaqla bərabər əhəmiyyətli regional bölgələrdən biri olan Orta Şərq və Cənubi Qafqazdakı proseslərdə də müttəfqilik münasibətlərini davam etdirlər. Bu səbəbdən, Prezident Ərdoğanın Azərbaycana səfəri və Türkiyə ilə Azərbaycan arasında "Şuşa Bəyannaməsi" nin imzalanması Azərbaycana "NATO xaricindəki müttəfiqin xüsusi statusu" qazandırır. Eyni zamanda bu, ABŞ-ın strateji ortaqları - İsrail, Cənubi Koreya, Yaponiya, Avstraliya kimi Azərbaycanın üzərində də NATO-nun siyasi və hərbi çətiri kimi qəbul edilməlidir".

Bu gün Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün qarantı olan bu təhlükəsizlik çətiri Türkiyə tərəfindən açıldı. İndi yaxınlıqdakı qonşuları da daxil olmaqla bütün dünya, bu reallıqla hesablaşmaq məcburiyyətində qalacaq".

"AzPolitika.info"

Mənbə: azpolitika.info