"Bu sizi ağrıdırmı?" - Naire Zöhrabyan Şuşadan göndərilən videodan danışdı

"Bu sizi ağrıdırmı?" - Naire Zöhrabyan Şuşadan göndərilən videodan danışdı

Naira Zöhrabyan Şuşadan video paylaşıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Naira Zöhrabyanın yaydığı video, Şuşa işğal altında olarkən mənzillərdən birini ələ keçirərək məskunlaşan Narine adlı erməni qadına göndərilib.

Millət vəkili 1 noyabr 2020-ci ildə Narinenin Şuşani tərk etmək məcburiyyətində qaldığını, uşaqlarından başqa özü ilə heç nə götürə bilmədiyini yazıb.

“Narine Nikolun Şuşini təslim edəcəyini xəyalına da gətirməzdi. Ən azından uşaqların fotolarını götürmədiyinə görə təəssüflənir. Şəkillər Narinenin iPad-də saxlanılır. Hər gün bir Türk Şuşidəki evdən Messenger vasitəsi ilə Narineyə bir video göndərir və bir neçə dəfə sual verir: “Bu sizi ağrıdırmı?”

20 İyunda seçki məntəqəsinə gedib Nikola səs verəndə unutma ki, bir gün türklər sizə də hər gün eyni videoları Vardenis və ya Kapandakı mənzillərinizdən göndərəcəklər” deyə millət vəkili yazıb.

Xuraman Etibarlı

KONKRET.az

Mənbə: konkret.az