Türkiyə kosmodrom inşa edəcək

Türkiyə kosmodrom inşa edəcək

Türkiyə kosmodrom inşa etmək üçün üç ölkə ilə danışıqlar aparır.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Kosmos Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım bildirib.

O, danışıqların aparıldığını ölkələrin adlarını açıqlamayıb. Agentlik rəhbərinin sözlərinə görə, kosmodrom dənizin sahilində yerləşməli və ekvatora yaxın olmalıdır.

Serdar Hüseyn Yıldırım qeyd edib ki, xəritəyə baxarkən söhbətin hansı dövlətlərdən getdiyi başa düşülür.

Mənbə: apa.az