BMT-dən Myanmarla bağlı hesabat: 1 milyon insan...

BMT-dən Myanmarla bağlı hesabat: 1 milyon insan...

Myanmarın cənub-şərq əyalətlərində bu günə qədər qarşıdurmalar zamanı 160 min 400 mülki şəxs evini tərk edib. Bu rəqəmin 100 mini Kayah əyalətində yaşayan vətəndaşlardır.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Bölgələrdə meşəlik və dağlıq bölgələrə sığınan mülki şəxslərə təhlükəsizlik səbəbindən humanitar yardım çatdırılmayıb. Myanmar ordusunun hücumları zamanı Kaçində 11 min 654 nəfər, Şanda 15 min 271 nəfər və Çin əyalətində 19 min 500 nəfər köçkün düşüb.

Hesabatda qeyd olunur ki, hərbi çevrilişdən bu yana Myanmarda baş verən qarşıdurmalar ölkə iqtisadiyyatına mənfi təsir edib. Bu səbəbdən təxminən 1 milyon insanın yardıma ehtiyacı var.

Bildirilib ki, Myanmarda ehtiyacı olanlar üçün BMT-nin başlatdığı yardım kampaniyası çərçivəsində 944 min insana ümumilikdə 276 milyon dollar həcmində humanitar yardım çatdırılması planlaşdırılsa da, ancaq indiyə kimi 40 milyon dollar toplanıb.

Mənbə: axar.az