Tramp: Bayden-Putin sammitindən Moskva uddu

Tramp: Bayden-Putin sammitindən Moskva uddu

Vaşinqton Baydenlə Putinin görüşündən heç nə əldə etmədi, Moskva üçün hər şey yaxşı keçdi.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.

“Biz heç nə əldə etmədik, Rusiyaya səhnə verdik, heç nə əldə etmədik. ABŞ Şimal axını-2 kəmərini dayandıra bilmədi, amma bu vacib idi.

Rusiya sammiti uddu. Rusiya-Amerika münasibətləri inanılmaz ola bilərdi. Onlara iqtisadiyyat lazımdır, bizə isə onlarda olan əşyalar lazımdır. Onların mineral resurs nöqteyi-nəzərindən çox dəyərli torpağı var”, – deyə o bildirib.

Mənbə: axar.az